Yaponiyada 6,2 maqnitudalı zəlzələ oldu
Yaponiya sahillərində 6,2 maqnitudalı
zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq
dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 44,2 min
nəfərin yaşadığı Niçinan şəhərindən (Küsü adası) 54 km cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı 14 km dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.
tag: Yaponiya, Sahil, Zəlzələ, Sunami, Təhülükə, todaypress.az,