Yaponiyada güclü qar nəticəsində 10 nəfər xəsarət aldı

Dünya

06.02.2025 10:26

1579

Yaponiyanın şimalında yağan güclü qar nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb.  

TodayPress xəbər verir ki, bu barədə Yaponiya KİV məlumat verib.

Bəzi rayonlarda qarın hündürlüyü 130 sm-i ötüb. 

Hava şəraiti Hokkaydo prefekturasının şimalındakı bir çox ərazilərdə avtomobil və dəmir yolu xidmətlərini dayandırıb, 130-dan çox daxili reys ləğv edilib.  

Qeyd edək ki, Yaponiyada güclü qar fevralın 4-dən başlayıb. 

Nicat Osman

tag: Yaponiya,Rekord,Rayon,Qar,Şəhər,Todaypress.az,