Yaponiyada işsizlik artdı

Dünya

04.03.2025 10:58

1374

Yaponiyada işsizlik səviyyəsi yanvar ayında 2,5%-ə yüksələrək əvvəlki ayda qeydə alınan 2,4%-dən bir qədər çox olub.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Dekabrda işsizlik göstəricisi 2,4% səviyyəsində idi və “Trading Economics” analitikləri onun bu səviyyədə qalacağını proqnozlaşdırırdılar. Lakin işsizlərin sayı 20 min nəfər artaraq 1,74 milyon nəfərə çatıb ki, bu da son altı ayın ən yüksək göstəricisidir.

Bununla yanaşı, məşğul əhalinin sayı 130 min nəfər artaraq 68,27 milyon nəfərə yüksəlib.

Digər mühüm əmək bazarı göstəricisinə əsasən, yanvar ayında 100 iş axtaran şəxsə 126 açıq vakansiya düşüb. Bu rəqəm dekabr ayında 125 idi. Analitiklər bu göstəricinin dəyişməyəcəyini proqnozlaşdırırdılar.

Qiymət Mahir

tag: Yaponiya,Daxili İşlər və Kommunikasiya Nazirliyi,Trading Economics,todaypress.az,