Yaponiyada meşə yanğını genişlənir
Yaponiyanın şimal-şərqindəki İvate əyalətində davam edən meşə yanğını genişlənərək 2600 hektar ərazini əhatə edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” iməlumat yayıb.
Yanğın nəticəsində 90-a yaxın yaşayış və ticarət binası məhv olub, 1800 ev elektriksiz qalıb.
Hazırda xilasedicilər yanğınla mübarizə tədbirləri görürlər.
Ərazidə 5 minə yaxın yerli sakin təxliyə üçün tövsiyələr alıb, təxminən 1200 nəfər isə təxliyə mərkəzlərində növbədədir.
Nicat Osman
tag: Yaponiya,Meşə,Yanğın ,Təsərrüfat,todaypress.az,