Yaponiyada uşaqlara qarşı zorakılıq rekord həddə çatdı
Yaponiyada 2023-cü ildə uşaqlara qarşı zorakılıq halları rekord həddə çatıb. Belə ki, il ərzində uşaqlara qarşı 225 min 509 zorakılıq hadisəsi qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən il ilə müqayisədə zorakılıq halları 10 min 666 hadisə (5 faiz) artıb.
Beləliklə, bu göstərici 33 ildir ardıcıl yüksəlməkdə davam edir. Hadisələrin əksəriyyətini psixoloji zorakılıq təşkil edib.
Regionlar üzrə Tokio ən çox zorakılıq hadisəsi qeydə alınan yer olub (19 min 488). Ən az hadisə isə Tottori prefekturasında (213 hadisə) qeydə alınıb.
Qiymət Mahir
tag: Yaponiya,Uşaq,Zorakılıq,Rekord,Todaypress.az,