Yaponiyalı deputat: “ABŞ və Rusiya fərqli səviyyələrdə danışıqlar aparır”
Yaponiyanın parlament üzvü Munzo Sudzuki Rusiya tərəfindən elan olunmuş Pasxa atəşkəsini ABŞ və Rusiya arasında danışıqların paralel və müxtəlif səviyyələrdə aparıldığının göstəricisi kimi dəyərləndirib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
“Prezident Vladimir Putin müvəqqəti atəşkəs elan etdi. Bu bəyanat, ABŞ prezidenti Donald Trampın son açıqlamaları ilə birlikdə onu göstərir ki, Amerika və Rusiya bir neçə paralel səviyyədə danışıqlar aparırlar” deyə yapon deputat bildirib.
O, eyni zamanda vurğulayıb ki, atəşkəs təşəbbüsü Moskvanın humanist mövqeyini və mərhəmət niyyətini nümayiş etdirir.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Yaponiya,Danışıqlar,Pasxa,todaypress.az,