Yaponiyanın helikopteri radardan itdi

Dünya

06.04.2025 17:35

13

Yaponiyanın Xilasetmə Xidmətinə aid helikopter Tsuşima adası yaxınlığında, Yapon dənizində radarlardan itib. 

TodayPress xəbər verir ki, bu barədə "NHK" məlumat yayıb. 

Bildirilir ki, helikopterlə əlaqə onun eniş etməli olduğu aeroportdan 10 kilometr aralıda itib.

Hələlik, altı ekipaj üzvündən üçü tapılaraq xəstəxanaya yerləşdirilib, daha üç üzvün axtarışları isə davam edir. 

Türkan İsgəndərli

tag: Yaponiya,Helikopter,Dəniz,todaypress.az,