Yaxın Şərq Trampın Qəzza təklifinə cavab verdi
Yaxın Şərqin aparıcı ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağının çıxarılması və fələstinli qaçqınların qonşu dövlətlərə göndərilməsi planını rədd edib.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Trampın planı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya tərəfindən rədd edilib. Bununla belə, Ağ Ev rəhbəri Qəzza ilə bağlı təklifin müzakirəsini davam etdirməyi planlaşdırır. Tramp İordaniya kralı II Abdullah ilə gözlənilən görüşdə bu məsələni gündəmə gətirmək niyyətindədir.
Xatırladaq ki, fevralın 5-də Tramp fələstinliləri Qəzza zolağından qonşu ölkələrə köçürdükdən sonra zolağa nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.
Aysel Mətləb
tag: Yaxın Şərq,ABŞ ,Donald Tramp,Qəzza ,todaypress.az,