Yaxın Şərqdə vəziyyət gərginləşdi

Dünya

05.03.2025 19:44

1347

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna yeni zərbə endirib. 

TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. 

Məlumata görə, bu gün bir qrup şübhəli şəxsin Livanın cənubundakı Naqoura bölgəsində maşınlara silah yüklədiyi görülüb.

İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün maşınlardan birinə hücum edib. 

İsrail tərəfi bu fəaliyyəti Livanla arasındakı razılaşmaların pozulması adlandırıb. 

Türkan İsgəndərli

tag: İsrail,Livan,Hava Zərbəsi,Naqoura,Todaypress.az,