Yəmən İran silahlarını ələ keçirdi
Yəmən hökumətinin Sahil Mühafizəsi İrandan Husi üsyançılarına göndərilən silah partiyasını ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı(CENTCOM) mətbuat “X” sosial şəbəkəsində məlumat yayıb.
Qurum edilən əməliyyata görə Yəmən Sahil Mühafizəsini təbrik edib, yükün qabaqcıl silah hissələri, pilotsuz təyyarələr və rabitə cihazlarından ibarət olduğunu bildirib.
Nicat Osman
tag: Yəmən,ABŞ,Husilər,Silah,Todaypress.az,