Yəmən İsrailə raket atdı
İsrail ordusu Yəməndən ölkə istiqamətində yeni raket atıldığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, raket İsrailə doğru hərəkət edib və hava hücumundan müdafiə sistemləri onu zərərsizləşdirmək üçün işə salınıb. Əhaliyə təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunub.
Raket təhlükəsi səbəbilə İsrailin şimal bölgələrində hava həyəcanı siqnalları verilib.
Türkan İsgəndərli
tag: İsrail,Yəmən,Raket,Todaypress.az,