Yəmənin Baş naziri istefa verdi
Yəmənin Baş naziri Əhməd Əvəd bin Mübarək istefa verdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb:
“Prezident Şurasının sədri Rəşad əl-Əlimi ilə görüşümü yekunlaşdırdım və ona Baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim”.
Bin Mübarək istefasının səbəbi kimi konstitusion səlahiyyətləri tam yerinə yetirə bilməməsi və hökumətdə islahat aparmaq imkanının olmamasını göstərib. O, Baş nazir vəzifəsində çalışdığı müddətdə bir çox çətinliklərlə üzləşdiyini də vurğulayıb.
Qeyd edək ki, Əhməd bin Mübarək 2024-cü ilin fevralında Yəmənin Baş naziri təyin edilmişdi. Bundan əvvəl ölkənin xarici işlər naziri kimi fəaliyyət göstərib.
Qiymət Mahir
tag: Yəmən,Baş nazir,Əhməd Əvəd bin Mübarək,İstefa,todaypress.az,