Yeni artilleriya silahı təqdim ediləcək

Dünya

06.02.2025 18:05

1254

“Kalaşnikov” konserni Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “IDEX-2025” sərgisində ilk dəfə olaraq xarici mütəxəssislərə 120 mm-lik özüyeriyən artilleriya silahı “2S42 Lotos”u təqdim edəcək.

TodayPress xəbər verir ki, bu barədə şirkət özünün “Telegram” kanalında məlumat yayıb.   

“Şirkətimiz tərəfindən hazırlanmış “SAO Lotos” ilk dəfə olaraq fevralın 17-dən 21-dək BƏƏ-də keçiriləcək “IDEX 2025” sərgisində xarici mütəxəssislərə nümayiş etdiriləcək” məlumatda bildirilib. 

Sınaqlar zamanı yüksək dəqiqlikli silahlardan qorunmaq üçün nəzərdə tutulmuş aerozol əmələ gətirən sursatların istifadəsi yoxlanılıb.

Qeyd edilib ki, “Lotus” döyüş heyəti hərbi nəqliyyat təyyarələrindən texnika ilə birlikdə paraşütlə atıla bilər.  

Xatırladaq ki, “Lotos”un sınaqlarına 2024-cü ilin noyabrında başlanılıb. 


 Nicat Osman

tag: Artilleriya, Qoşun, Hərbi,Kalaşnikov,Todaypress.az,