Yeni "Bayraktar TB2" səmada
Türkiyənin ilk milli silahlı pilotsuz uçuş aparatı "Bayraktar TB2"-nin turbo mühərrikli və qabaqcıl süni intellektə malik yeni versiyası sınaq uçuşlarına başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Baykar Teknoloji” məlumat yayıb.
"Bayraktar TB2T-Al" PUA-nın sınaq uçuşları Ədirnənin Keşan rayonunda gerçəkləşib.
Yeni nəsil SİHA turbo mühərrik gücü, yüksək sürət, üstün hündürlük və ağıllı uçuş imkanlarına malikdir. 30 dəqiqədən az müddətdə 30 min fut yüksəkliyə çata bilir. Sınaq uçuşlarında PUA 30 min 318 fut yüksəkliyə çataraq öz rekordunu qırıb.
Mövcud PUA-lardan daha çox sürətli dırmaşmaq və yüksək hündürlükdə uzun müddət qalmaq qabiliyyətinə malik olan "Bayraktar TB2T-Al" 300 km saat sürətlə hava üstünlüyünə malikdir.
Nicat Osman
tag: Bayraktar,Baykar,SİHA,PUA,Todaypress.az,