Yeni Dehlidə güclü leysan: 4 nəfər öldü
Hindistanın paytaxtı Yeni Dehlidə baş verən güclü leysan və fırtına nəticəsində bir neçə rayon su altında qalıb.
TodayPress xəbər verir ki, bu barədə "NDTV" məlumat yayıb.
Şəhərdə onlarla ağac aşıb, bəzi binalar isə dağılıb. Təbii fəlakət nəticəsində azı dörd nəfər həyatını itirib.
Dehli hakimiyyəti sakinlərə vacib olmadıqca evlərini tərk etməməyi tövsiyə edib.
Qiymət Mahir
tag: Yeni Dehli,Hindistan,Leysan,Fəlakət,todaypress.az,