"Yeni Günəş" satışa çıxarılacaq

Dünya

03.05.2025 19:20

18

"Alrosa" şirkəti Rusiyada ən böyük brilyant olan və "Yeni Günəş" adlandırılan almazı hərraca çıxaracaq. 

TodayPress xəbər verir ki, bu barədə Yakutiya Muxtar Respublikasının rəhbəri Aysen Nikolaev məlumat verib. 

O qeyd edib ki, yaxın vaxtlarda 100 karatdan çox olan nadir dəbdəbəli rəngli almazı hərracda satmaq planlaşdırılır. 

Hərracın mümkün tarixi barədə açıqlama verilməyib.

Nicat Osman

tag: Yeni Günəş,Almaz,Satış,Hərrac,Todaypress.az,