Yeni Papa ilk çıxışını ingiliscə etdi

Dünya

09.05.2025 14:50

18

Yeni Roma Papası XIV Leo ilk ayinində kardinallara ingilis dilində müraciət edib. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Bu, onun ictimaiyyət qarşısında bu dildə ilk çıxışı olub. 

Daha əvvəlki çıxışlarında o, yalnız italyan və ispan dillərindən istifadə etmişdi.

“Siz məni çarmıxı daşımağa və xeyir-dua verməyə çağırdınız” o deyib.

O, kardinalları katolik inancının yayılmasına dəstək olmağa səsləyib.

Məlumata görə, XIV Leo həm sələfi Fransiskin sadəliyini, həm də Vatikana xas olan klassik ənənələri bir araya gətirib. O, qırmızı ayaqqabı əvəzinə Fransisk kimi qara ayaqqabı geyinib və mərasimdə təkbaşına hərəkət edib.

Mərasimin duaları latınca oxunsa da, ilk iki mətn ingilis dilində, məzmur isə italyanca səsləndirilib.

Qiymət Mahir

tag: Papa, XIV Leo,Vatikan,Roma,todaypress.az,