Yeni Papa: "Yeni inqilab erasında yaşayırıq"

Dünya

09.05.2025 16:20

15

267-ci Roma Papası seçilən amerikalı kardinal Robert Fransis Prevost özünün papalıq adının XIV Leo seçilməsini onunla izah edib ki, dünya onun sələfi XIII Leo zamanında olduğu kimi yeni inqilab erasında yaşayır. 

TodayPress xəbər verir ki, bu barədə “La Repubblica” serb kardinalı, Belqrad arxiyepiskopu Laslo Nemetə istinadən yazır.

Nəşrin məlumatına görə, konklavdan sonra kardinalların yeni pontifiklə şam yeməyindən sonra XIV Leo rəqəmsal inqilab yaşayan müasir dünyada sosial nizam məsələlərinə xüsusi diqqət yetirmək istədiyini bildirib.

"Mən onunla eyni masada oturmaq şərəfinə nail oldum və biz ad seçimi ilə bağlı sual verdik. Bu, çox maraqlıdır. O dedi ki, biz yeni inqilab dövründə yaşayırıq" kardinal Laszlo Nemet deyib.

Kardinal xatırladıb ki, 19-20-ci əsrlərin qovşağında yaşamış əvvəlki XIII Leo dövründə sənaye inqilabı baş verib.

Qiymət Mahir

tag: Roma,Papa,Robert Fransis Prevost ,Vatikan,todaypress.az,