Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları uzatdı

Dünya

17.03.2025 13:55

2201

Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları üç il müddətinə uzadıb.   

TodayPress xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumatda qaydaların 2028-ci il martın 17-dək uzadıldığı bildirilir.

Sanksiyalar siyahısına Rusiya Federasiyasının 27 fiziki və 25 hüquqi şəxsi daxildir. 

Onların arasında Rusiyanın enerji resurslarının ixracı və “Ukraynalı uşaqların məcburi köçkünlüyü” ilə əlaqəli şirkətlər, eləcə də Rusiyaya yardım etdiyi iddia edilən Şimali Koreyanın yüksək rütbəli hərbçiləri var.   

Ümumilikdə, Yeni Zelandiyanın Rusiya əleyhinə tədbirləri 3000-dən çox şəxsə və təşkilata təsir edir. 

Türkan İsgəndərli

tag: Rusiya,Sanksiya,Yeni Zelandiya,Uzadılma,Todaypress.az,