Yevgeniya Qutsul ev dustaqlığına buraxıldı

Dünya

09.04.2025 19:45

20

Kişineu rayon məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 30 sutkalıq ev dustaqlığına məhkum edib. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

"Yevgeniya Qutsul məhkəmə zalından dərhal azadlığa buraxılacaq. O, bu gündən etibarən 30 gün müddətinə ev dustaqlığına buraxılıb" deyə bildirilib. 

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.  Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.

tag: Kişineu ,Qaqauz Muxtar Vilayəti,Yevgeniya Qutsul,Moldova,Todaypress.az,