Yük maşını aşdı: 8 hərbçi öldü

Dünya

25.02.2025 10:30

2160

Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə düşməsi nəticəsində 8 hərbçi ölüb, 16-sı isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

Məlumata görə, içərisində 36 hərbçi olan maşın təxminən100 metr hündürlükdən dərəyə aşıb.

Hadisənin səbəbləri hələlik bəlli deyil.

Nicat Osman

tag: Kolumbiya,Yük Maşını,Qəza,Ölüm,Todaypress.az,