Yunanıstan adaları su altında qaldı
Yunanıstanın Kiklad adalarını əhatə edən güclü fırtına və leysan yağışları nəticəsində Paros adasında vəziyyət kritik həddə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “ProtoTema” qəzeti məlumat yayıb.
Məlumata görə, Paros adasında küçələr tamamilə su altında qalıb, güclü su axınları isə park edilmiş avtomobilləri və iri daş parçalarını özü ilə aparıb.
Parosun meri Kostas Bizas bildirib ki, cəmi iki saat ərzində adaya yağan intensiv yağıntılar nəticəsində sel və dağıntılar meydana gəlib.
Fövqəladə vəziyyət səbəbindən uşaq bağçaları, ibtidai və orta məktəblər bağlanacaq.
Qiymət Mahir
tag: Yunanıstan,Adalar,Yağış,Leysan,Todaypress.az,