Yunanıstanda güclü zəlzələ qeydə alındı
Yunanıstan sahillərində 5,0 bal gücündə
zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq
dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri 137 minə
yaxın insanın yaşadığı İraklion (Krit) şəhərindən 143 km şimalda, ocağı 11 km
dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Ötən gün də İraklion şəhərindən (Krit adası) 153 km
şimalda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
tag: Yunanıstan, Zəlzələ, Sahil, Avropa, Krit, todaypress.az,