Yunanıstanda işçilər tətilə çıxdılar
Yunanıstanda Panhellenik Dəniz Federasiyasının çağırdığı ümummilli tətil ölkə üzrə bərə nəqliyyatının tam dayanmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "Interfaks" məlumat yayıb.
Federasiya yaydığı bəyanatda əsas tələblərin işdən çıxarılan dənizçilərin işə bərpa olunması, qeyri-qanuni işə götürmə sxemlərinin ləğvi və bütün dəniz işçiləri üçün kollektiv müqavilələrin imzalanması olduğunu bildirib.
Həmçinin dənizçilər əmək qanunvericiliyinin pozulmasına son qoyulmasını və tibbi xidmətlərin yaxşılaşdırılmasını tələb edirlər.
Tətil Afinada keçirilən 1 May nümayişləri ilə üst-üstə düşüb. Həmin nümayişlərdə dəmiryolu işçilərinin də iştirakı ilə təxminən yeddi min nəfər küçələrə çıxıb.
Türkan İsgəndərli
tag: Yunanıstan,Tətil,İşçi,Bayram,todaypress.az,