Yunanıstanda mətbuat işçiləri aksiya keçirir
Yunanıstanda mətbuat işçiləri 24 saatlıq tətilə başlayıblar.
TodayPress xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Tətillə əlaqədar ölkədə qəzet buraxılmayacaq.
Bununla yanaşı radio və televiziyadakı xəbər bülletenləri ləğv edilib, internet saytları da xəbər yeniləmələrini verməyi dayandırıb.
Qeyd edək ki, onların tələbi kollektiv əmək müqavilələrinin yenilənməsi və iqtisadi şərtlərin yaxşılaşdırılmasıdır.
Türkan İsgəndərli
tag: Yunanıstan,Aksiya,Mətbuat,İşçi,Todaypress.az,