Yunanıstanda prezident seçkiləri 2-ci tura qaldı
Yunanıstan Parlamenti prezident seçkilərinin birinci turunda yeni prezidenti seçə bilməyib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Namizədlərdən heç biri ölkənin prezident seçilmək üçün tələb olunan 200 səsi toplaya bilməyib.
Seçkilərinin ikinci turu yanvarın 31-də təyin olunub.
Qeyd edək ki, 156 yerə nəzarət edən sağ-mərkəzçi hökumət bu posta sabiq parlament sədri Konstantinos Tassulasa namizəd göstərib.
tag: Yunanıstan,Seçki,İkinci tur,Prezident,Todaypress.az,