Yunanıstanda prezident seçkiləri 4-cü tura qaldı
Yunanıstan parlamentariləri plenar iclasda keçirilən səsvermənin üçüncü turunda Yunanıstan prezidentini seçə bilməyiblər.
TodayPress xəbər verir ki, bu barədə “Vouli TV” məlumat yayıb.
Seçkilərin dördüncü turu fevralın 12-də keçiriləcək.
Qeyd edək ki, hazırkı dövlət başçısı Katerina Sakellaropulounun beş illik səlahiyyət müddəti martın 13-də başa çatır. Bundan əvvəl Yunanıstanın yeni prezidenti seçilməlidir. Yunanıstanda prezident parlament üzvləri tərəfindən açıq səsvermə ilə seçilir.
Nicat Osman
tag: Yunanıstan,Parlament,Seçki,Prezident,Todaypress.az,