Yunanıstanın yeni prezidenti and içdi
Yunanıstan parlamentinin keçmiş sədri, hüquqşünas Konstaninos Tasulasın andiçmə mərasimi keçirilib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, martın əvvəlində 5 illik səlahiyyət müddəti başa çatan Katerina Sakellaropulunu əvəz edib.
Qeyd edək ki, cari ilin fevralında Yunanıstan parlamenti Tasulası respublikanın yeni prezidenti seçib. Səsvermənin dördüncü turunda o, 160 səs toplayıb. Səsvermədə parlamentin 300 üzvündən 276-sı iştirak edib.
Seçilmək üçün namizədə 151 səs lazım idi.
Tasulasa hakim mühafizəkar "Yeni Demokratiya" partiyasından olan 156 deputat, həmçinin keçmiş baş nazir Antonis Samaras və üç müstəqil deputat səs verib.
Töhfə Səməd
tag: Yunanıstan,Konstantinos Tasulas,And İçmə,Səsvermə,Todaypress.az,