Zaxarova: "Bayden Ukrayna ilə bağlı çıxılmaz vəziyyət yaradıb"

Dünya

25.04.2025 15:27

12

"Rusiya və dünyanın qalan hissəsi ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının Ukrayna ətrafında yaratdığı çıxılmaz vəziyyətdən çıxış yolu tapmağa çalışır". 

TodayPress xəbər verir ki, bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ əlaqələri bərpa edir. 

"Biz sadəcə olaraq, Amerikanın əvvəlki administrasiyası tərəfindən yaradılan bu dəhşətli böhrandan çıxış yolu tapmağa çalışırıq. Keçmiş prezident Bayden və onun administrasiyası çox şeyi məhv etdilər və onların məhv etdiyi şeylərdən biri də Ukraynadır" diplomat əlavə edib. 

Töhfə Səməd 

tag: Rusiya ,Ukrayna,Dünya,Bayden,ABŞ,todaypress.az,