Zaxarova BMT-ni ittiham etdi

Dünya

05.04.2025 18:20

2238

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova beynəlxalq təşkilatları, o cümlədən BMT və ATƏT-i Baltikyanı ölkələrdə rusdilli əhaliyə qarşı repressiyalara faktiki göz yummaqda ittiham edib.   

TodayPress xəbər verir ki, bu barədə “RİA”  yazıb.     

Zaxarovanın sözlərinə görə, Rusiyanın Latviya, Litva və Estoniyada milli mənsubiyyətinə görə ayrı-seçkilik və təqib hallarını əks etdirən, BMT-nin Nyu-York və Cenevrədəki müvafiq strukturlarına, eləcə də ATƏT-ə göndərilən müraciətlərinə sistematik olaraq məhəl qoyulmur.     

Zaxarova vurğulayıb ki, Moskva bu məsələləri mütəmadi olaraq beynəlxalq forumlarda qaldırmır, həm də Baltikyanı ölkələrin hakimiyyət orqanlarının qanunsuz hərəkətlərinə fəal şəkildə cavab axtarır.

tag: Zaxarova ,Rusiya ,BMT,İttiham,Todaypress.az,