Zaxarova Fransanın ittihamlarına cavab verdi

Dünya

21.03.2025 11:30

2414

"İndiki Fransa terrorçular üçün inkubatora çevrilib". 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Fransanın ədliyyə naziri Cerald Darmaninin Rusiyanın ölkədəki terrorda əli olması ilə bağlı səsləndirdiyi ittihamları belə şərh edib.

Zaxarova vurğulayıb ki, Yaxın Şərqdə radikal islam təşkilatlarında geniş şəkildə iştirak edənlərin məhz Fransa vətəndaşlarının olması artıq sirr deyil.

Diplomat qeyd edib ki, Fransa İŞİD terror təşkilatının sıralarını artırmaq baxımından ardıcıl olaraq Avropa ölkələri arasında liderdir. Onun sözlərinə görə, belə bir təəssürat yaranır ki, Paris minlərlə həmvətənlərinin beynəlxalq terrorizmdə iştirakından qətiyyən narahat deyil.

Eyni zamanda, Zaxarova əlavə edib ki, terrorçuları “bizimki” və “onlarınki” deyə bölən, öz məqsədləri üçün Yaxın Şərqdə və Sahara-Sahel zonasında terrorçu qruplara müraciət etməkdən çəkinməyən, Ukraynanı müharibə üçün ruhlandıran bir ölkənin rəhbərliyindən çox şey gözləmək lazım deyil.

Töhfə Səməd

tag: Fransa ,Terror,Rusiya,Mariya Zaxarova,Cerald Darmani,