Zaxarova Qərbin Zelenskiyə hörmətsiz münasibətindən danışdı

Dünya

11.04.2025 15:19

11

"Qərb Ukrayna prezidenti Volodimir Zelenskiyə ikrahla yanaşır və bunu gizlətmir".   

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında bildirib. 

"Zelenskinin idarəçiləri (ABŞ – red.) ona hansı iyrəncliklə yanaşırlar? Onlar bunu gizlətməyi belə lazım saymırlar.

Onlar onu bütövlükdə alıblar, istifadə ediblər və indi çirkli, qanlı əllərini onun üzərinə silirlər" o yazıb. 

Zaxarova ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinkenin Zelenskinin özünün Vaşinqtona hərbi yardım müqabilində Ukraynanın mineral sərvətləri ilə bağlı razılaşma təklif etməsi barədə bəyanatını belə şərh edib.

Töhfə Səməd

tag: Mariya Zaxarova,Ukrayna,Qərb,Zelenski,Todaypress.az,