Zaxarova: "Rusiya ABŞ ilə müzakirəyə hazırdır"
"Rusiya Amerika tərəfi ilə Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələrini müzakirə etməyə hazırdır".
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, martın 13-də Rusiya ilə ABŞ arasında təmaslar mümkündür.
"Biz öz tərəfimizdən Amerika tərəfi ilə baş tutacaq təmaslar zamanı orada qeyd olunan təşəbbüsləri müzakirə etməyə hazır olacağıq. Müzakirələrin uzadılmasına ehtiyac yoxdur" Zaxarova əlavə edib.
Türkan İsgəndərli
tag: Zaxarova ,Rusiya ,Rusiya Xarici İşlər Nazirliyi,ABŞ,Müzakirə,Todaypress.az,