Zaxarova: "Rusiyada Heydər Əliyevin xatirəsi qorunur"
Rusiyada Azərbaycanın keçmiş Prezidenti
Heydər Əliyevin irsinə hörmətlə yanaşır, onun görkəmli dövlət xadimi kimi
xatirəsini qoruyurlar.
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
O xatırladıb ki, 2023-cü ildə Moskva və Rusiyanın digər
şəhərlərində onun anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri
keçirilib, hazırda isə Rusiyada H.Əliyevin abidəsinin təməlinə simvolik daş
qoyulub.
"Ucaldılacaq abidə ölkələrimiz üçün mühüm
mədəni-humanitar hadisə olacaq" M.Zaxarova qeyd edib və yeni birgə
layihələrin gözlənildiyini əlavə edib.
tag: Rusiya, Azərbaycan, Zaxarova, Heydər Əliyev,Abidə, todaypress.az,