Zaxarova: "Ukrayna ilə bağlı konkret danışıqlar hələ ki, yoxdur"
"Hələlik Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlar aparılmır".
TodayPress xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara getmək istəmir.
Rusiya rəsmisi vurğulayıb ki, Ukrayna tərəfinin mövqeyi və Qərbin təsiri səbəbindən diplomatik proses hələlik mümkün görünmür.
Ukrayna hakimiyyəti isə dəfələrlə bildirib ki, Rusiya ilə müzakirələr yalnız beynəlxalq hüquq çərçivəsində və Ukraynanın ərazi bütövlüyü şərti ilə mümkün ola bilər.
Türkan İsgəndərli
tag: Mariya Zaxarova,ABŞ,Ukrayna,Sülh,Danışıq,Todaypress.az,