Zelenski: ABŞ atəşkəs tədbirlərinin hazırlanması prosesinin son mərhələsindədir
Ukrayna
tərəfində məlumat var ki, ABŞ atəşkəs tədbirlərini başa çatdırmaq üzrə son
mərhələyə çatıb.
TodayPress “Informator.ua”ya
istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.
O,
həmçinin vurğulayıb ki, ilk növbədə tam atəşkəs təmin edilməlidir. Yalnız
bundan sonra Ukrayna növbəti addımları, o cümlədən Rusiya ilə hər hansı bir
formatda danışıqları müzakirə etməyə hazırdır.
Zelenskinin
sözlərinə görə, amerikalılar Rusiyaya təzyiqləri artırmalıdır.
“Danışıqların
baş tutması üçün rusların sadəcə olaraq qatil olmaması lazımdır. İndi onlar
sadəcə şeytandırlar” Zelenski brifinqdə deyib.
Zelenski
həmçinin qeyd edib ki, Ukrayna ilə ABŞ arasında yeraltı minerallarla bağlı yeni
razılaşma layihəsi son mərhələdədir və təkliflər növbəti həftə təqdim olunacaq.
tag: Zelenski, Ukrayna, Rusiya,ABŞ, Atəşkəs, todaypress.az,