Zelenski ABŞ ilə faydalı qazıntılar haqqında sazişi imzalamaq niyyətindədir

Dünya

03.03.2025 13:55

1620

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, o, hələ də ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır.

TodayPress xəbər verir ki, Ukrayna lideri bu barədə “BBC”yə müsahibəsində məlumat verib. 

Zelenski keçən həftə ABŞ prezidenti Donald Trampla qeyri-ciddi görüşünə baxmayaraq, hələ də Birləşmiş Ştatlarla “konstruktiv dialoqa” hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, saziş layihəsi Ukrayna və ABŞ-nin birgə mülkiyyətində olacaq və Ukraynanın təbii ehtiyatların, o cümlədən kritik minerallar, neft və qazın gələcək monetizasiyasından əldə etdiyi gəlirlərin 50 faizini bu fonda verəcək yeni fondun yaradılmasını ehtiva edir.

Martın 2-də keçirilən sammitdən sonra Böyük Britaniyanın baş naziri Kir Starmer deyib ki, Avropa liderləri Ukraynada sülhün təmin edilməsi üçün dörd addımlı plan üzrə razılığa gəliblər. Belə ki,  Britaniya Ukraynaya 5000-dən çox hava hücumundan müdafiə raketi almaq üçün ölkənin ixrac maliyyəsindən 1,6 milyard funt sterlinqdən (2 milyard ABŞ dolları) istifadə etməyə icazə verəcək.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski ,ABŞ ,Donald Tramp,Böyük Britaniya,todaypress.az,