Zelenski ABŞ ilə resurs sazişinin sızmasını poliqrafla araşdırır
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə faydalı qazıntılar üzrə hazırlanmış saziş layihəsinin mətbuata sızması ilə bağlı dövlət qurumlarında poliqraf testləri ilə araşdırma başladıb.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qəzet yazır ki, Zelenski Daxili Təhlükəsizlik Xidmətinə ABŞ-nin Ukrayna aktivlərindən gəlir əldə etməyi nəzərdə tutan sonuncu təklifinin sızma mənbəyini müəyyənləşdirmək tapşırığını verib.
Təhqiqat çərçivəsində müxtəlif nazirliklərin əməkdaşları yalan detektoru ilə yoxlanılır.
Qeyd edək ki, araşdırma Kiyev ilə Donald Tramp administrasiyası arasında strateji minerallar və enerji resursları ilə bağlı təklif olunan razılaşmanın şərtləri üzərində gərginliyin artdığı bir vaxtda aparılır.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Zelenski,Araşdırma,Todaypress.az,