Zelenski ABŞ-lə mineral sazişini imzalamaqdan imtina etdi

Dünya

16.02.2025 12:00

2175

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın nadir torpaq minerallarına çıxış imkanı verən sazişi imzalamamaq barədə nazirlərinə göstəriş verdiyini bildirib. O, bunun səbəbini sənədin ABŞ-nin maraqlarına çox yönəlmiş olması ilə izah edib.

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin mənbələrinə görə, təklif Zelenskinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nin vitse-prezidenti Cey Di Venslə apardığı danışıqların əsas mövzularından biri olub. Sazişin Ukraynaya heç bir konkret təhlükəsizlik zəmanəti vermədiyi bildirilir. Ağ Ev rəsmisi Zelenskinin müqavilədən imtina qərarını “uzaqgörən olmayan addım” adlandırıb.

“Nazirlərə sazişi imzalamağa icazə vermədim, çünki sənəd maraqlarımızı və təhlükəsizliyimizi kifayət qədər qoruyacaq formada deyildi” deyə Zelenski Münhendə bildirib.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,ABŞ,Saziş,todaypress.az,