Zelenski: ABŞ-Rusiya danışıqları nəticə verməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın iştirakı olmadan ABŞ və Rusiya arasında aparılacaq sülh danışıqlarının nəticə verməyəcəyini deyib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zelenski fevralın 18-də Səudiyyə Ərəbistanında Vaşinqton və Moskva arasında keçiriləcək danışıqlara dəvət olunmadığını da bildirib.
Qeyd edək ki, görüş ötən həftə ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında 1,5 saatlıq telefon danışığından sonra qərarlaşdırılıb.
Nicat Osman
tag: Zelenski,Tramp,Ukrayna,Sülh,Todaypress.az,