Zelenski ABŞ və Ukrayna danışıqlarını bərpa edəcəklərini söylədi

Dünya

07.03.2025 01:43

1661

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukraynanın danışıqlar qruplarının işlərini bərpa etdiyini və gələn həftə görüş planlaşdırdıqlarını bildirib.

TodayPress xəbər verir ki, bu barədə  o, "Obşçestvennoye" televiziyasına bildirib.

"Ukrayna və Amerika komandaları işi bərpa ediblər və biz gələn həftə mənalı görüş keçirəcəyimizə ümid edirik" deyə  bildirib.

Məlumata görə,  ABŞ və Ukrayna komandaları martın 12-də Səudiyyə Ərəbistanında görüşəcək.

Fevralın 28-də Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Aynur TAC

 

tag: Ukrayna, Zelenski, ABŞ, Görüş, Amerika, todaypress.az,