Zelenski ABŞ-yə səsləndi

Dünya

19.03.2025 15:45

2199

“ABŞ Ukraynada atəşkəs rejiminə nəzarət etməlidir”.   

TodayPress xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski finlandiyalı həmkarı Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında deyib. 

“Mən hesab edirəm ki, bu nəzarətin subyekti ABŞ olmalıdır. Əgər belə bir razılaşma əldə olunarsa, enerji obyektlərinin siyahısı olacaq. Biz onu mütləq hazırlayıb tərəfdaşlarımıza çatdıracağıq. Ruslar zərbə endirməsə, biz də vurmayacağıq” deyə o bildirib.   

Aysel Mətləb

tag: Zelenski,ABŞ,Tramp,Rusiya,Ukrayna,Todaypress.az,