Zelenski: Ağ evdə baş verənlər utancvericidir
“Ukrayna davamlı sülhə
nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışır”.
TodayPress xəbər
verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkə
səhifəsində yazıb.
“Heç kim sülhü
Ukrayna xalqından daha çox istəmir. Mən və komandam Prezident Trampın güclü
rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq. Müharibəyə
son qoymaq üçün tez işləməyə hazırıq” deyə Zelenski yazıb.
Zelenski
münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib:
“Məhbusların
azad edilməsi, dərhal atəşkəs - raketlərə, pilotsuz uçuş aparatlarına və mülki
infrastruktura hücumlara qadağa”. Prezidentin sözlərinə görə, Ukrayna bütün
sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ-la güclü yekun razılaşma ilə sülhə
ümid edir.
Zelenski, həmçinin Trampın prezidentliyi dövründə “Javelinlər”in Ukraynaya təhvil verilməsini xatırladaraq, ABŞ-a verdiyi dəstəyə görə təşəkkür edib.
“Cümə günü
Vaşinqtonda, Ağ evdə görüşümüz planlaşdırıldığı kimi olmadı. Bunun baş verməsi
utancvericidir. Hər şeyi düzgün etmək vaxtıdır. Biz istərdik ki, gələcək
əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizliyə
dair sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda
imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və
etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım
hesab edirik” deyə Zelenski əlavə edib.
Xatırladaq ki,
fevralın 28-də Prezident Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər
edib. Konfrans zamanı Ukrayna lideri, Ağ evin rəhbəri Donald Tramp və
vitse-prezident De Vans arasında mübahisə baş verib.
tag: Ukrayna, Zelenski, Rusiya, Sülh, Tramp, ABŞ, todaypress.az,