Zelenski Ağ Evi naharsız tərk edib

Dünya

01.03.2025 12:48

2315

Ukrayna prezidenti Volodimir Zelenski, fevralın 28-də ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra naharını bitirmədən Ağ Evi tərk edib. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.   

Zelenski Trampın “atəşkəs əldə etsə, bəxti gətirəcəyi” ifadəsinə cavab olaraq, “Mən zəmanət görmək istəyirəm” deyib. 

Bir neçə dəqiqə sonra, Zelenski nahar etmədən Ağ Evi tərk edib.

Qeyd edək ki, Zelenski Vaşinqtona görüş üçün fevralın 28-də gəlib.

Görüşdə, Tramp ona iradlarını bildirib və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna prezidentini ittiham edib.

Zelenski buna sərt şəkildə reaksiya verib. 

Nicat Osman

tag: Zelenski,Tramp,Ukrayna,Sülh,Todaypress.az,