Zelenski Aİ liderlərinin Brüssel görüşündə iştirak edəcək
Ukrayna prezidenti Volodimir Zelenski Brüsselə səfər edəcək və Avropa İttifaqı (Aİ) liderlərinin fövqəladə toplantısında iştirak edəcək.
TodayPress “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Zelenskinin ilk növbədə Belçikanın Baş naziri Bart de Vever ilə görüşəcəyi, daha sonra isə mətbuata açıqlama verəcəyi gözlənilir.
Ardınca Avropa Şurasının binasında Zelenski şuranın sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşəcək.
Töhfə Səməd
tag: Zelenski,Ukrayna,Brüssel,Görüş,Todaypress.az,