Zelenski: “Atəşkəsə razılıq verdim ki, Putin imtina etsin”
“Bu addımı ataraq açıq şəkildə göstərdim ki, biz atəşkəsə hazırıq. İndi isə görəcəksiniz ki, Putin buna hazır deyil”.
TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Strana.ua” nəşrinə açıqlamasında deyib.
O bildirib ki, Kiyev atəşkəsə razılıq verməklə Rusiya tərəfinin qeyri-konstruktivliyini Qlobal Cənub ölkələrinə nümayiş etdirmək istəyib.
Zelenski həmçinin 26 mart Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücum etmədiyini təsdiqləyib.
O əlavə edib ki, Ukrayna da Rusiyanın enerji obyektlərinə cavab zərbəsi endirməyib.
Qiymət Mahir
tag: Ukrayna,Zelenski,Rusiya,Putin,Todaypress.az,