Zelenski Avropa liderlərinə təşəkkür etdi
Brüsseldə Avropa İttifaqının (Aİ) fövqəladə müdafiə sammitinə gələn Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə dəstəyə görə təşəkkür edib.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Tək olmadığımıza görə çox minnətdarıq. Bu, sadəcə sözlərdə deyil, biz bunu hiss edirik. Ukrayna xalqına, Ukrayna əsgərlərinə, mülki şəxslərə, hamımıza güclü dəstək verməniz çox vacibdir. Çox gözəldir ki, tək deyilik" deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, martın 6-da Brüsseldə Aİ liderlərinin müdafiə və Ukrayna məsələlərinə dair fövqəladə sammiti başlayıb.
Qiymət Mahir
tag: Zelenski,Ukrayna,Avropa,Təşəkkür,Todaypress.az,