Zelenski: “Avropa və ABŞ Ukrayna ordusuna maliyyə ayırmalıdır”

Dünya

26.03.2025 11:52

813

Ukrayna prezidenti Volodimir Zelenski ölkə büdcəsinin ordunun maliyyələşdirilməsi üçün kifayət etmədiyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

Onun sözlərinə görə, hazırda Ukrayna ordusunun tələbatları əvvəlki illərlə müqayisədə dəfələrlə artıb: 

“Əsgərlər istirahət, rotasiya, ehtiyat qüvvələr və maaş tələb edir. Bu, ciddi problemdir. Ordu əvvəllər bu qədər böyük deyildi. İndi isə əvvəlkindən üç dəfə böyükdür və bu miqyasda ordunu maliyyələşdirmək üçün Ukraynanın büdcəsi kifayət etmir”.

Zelenski vurğulayıb ki, bu vəziyyətdə Avropa, ideal halda isə həm Avropa, həm də ABŞ Ukrayna ordusunu maliyyələşdirmək üçün ayrıca proqramlar yaratmalıdır.

Ukrayna lideri mövcud şəraitdə daha çox Avropaya ümid etdiyini də qeyd edib. 

Qiymət Mahir

tag: Zelenski,Ukrayna,Ordu,Maliyyə,ABŞ,Todaypress.az,