Zelenski BƏƏ-də səfərdədir

Dünya

17.02.2025 10:43

2000

Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib.

TodayPress xəbər verir ki, o, bu barədə özünün “Telegram” kanalında məlumat verib. “Daha çox vətəndaşımızın əsirlikdən vətənə qayıtması prioritetdir” deyə Zelenski bildirib.

Qeyd edək ki, BƏƏ-yə səfərin digər bir məqsədi investisiyalar, iqtisadi tərəfdaşlıq və “böyük humanitar proqram”ı müzakirə etməkdir.

Nicat Osman

tag: Zelenski,Ukrayna,BƏƏ,Səfər,Todaypress.az,