Zelenski: "Biz qalib gəldik"
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ilə Ciddədə aparılan danışıqları "qalibiyyət əldə edilən döyüş" adlandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Kiyevdəki hökumət müşavirinə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, Zelenski Ciddədə nümayəndə heyətini təbrik edərək:
"Biz ilk döyüşdə qalib gəldik” deyib.
Məqalə müəllifləri vurğulayıblar ki, Vaşinqtonun Kiyevə hərbi yardımı bərpa etməsi proqnozlaşdırılan bir şey deyildi.
Nəşr belə qənaətə gəlib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən soyuq münasibət bəslənən Ukrayna tərəfi üçün bu razılaşma qeyri-müəyyənlik kəsb etsə də, Kiyev üçün üstünlüklər gətirir.
Töhfə Səməd
tag: Zelenski,Ukrayna,ABŞ,Tramp,Todaypress.az,